
Episode notes
Həyatımızı seçimlərimiz, seçimlərimizi isə emosional fonumuz formalaşdırır. Uşaqlıqdan və keçmiş təcrübələrdən gələn emosional proqramlar bizə tanış olan insanları, işləri və imkanları seçməyimizə səbəb olur. Hətta qarşımızda daha yaxşı fürsət olsa belə, tanış olmadığı üçün onu görməyə və ya seçməyə bilərik. Emosional baqaj üzərində işlədikcə duyğularımız, bununla birlikdə seçimlərimiz də dəyişməyə başlayır. Beləcə insan qorxu və köhnə proqramlardan deyil, həqiqətən istədiyi həyatdan yola çıxaraq qərarlar verir. Rifah və zənginlik də çox vaxt daha çox fürsət tapmaqdan yox, qarşımızdakı fürsəti görə və seçə biləcək emosional vəziyyətə gəlməkdən başlayır.
Keywords
self improvement
asya rustami
asya rustamli
zəngin olmaq
