#05: Özünə zənginliyi icazə vermə...

#05: Özünə zənginliyi icazə vermək niyə bu qədər çətindir?

Asya Podcast by Asya Rustamli
S1 · E5
Sep 28, 2026
24:05

Episode notes

Özünə zənginliyi icazə vermək niyə bu qədər çətindir?

“Əlimdəkilərə şükür etməliyəm.”

“Bu qədərini istəmək ayıbdır.”

“Onsuz da mənə bu da kifayətdir.”

Bəs şükür etmək həqiqətən daha çoxunu istəməmək deməkdir?

Bu bölümdə yanlış şükür hissinin zənginliyə necə mane ola bildiyindən və sağlam şükran hissindən fərqləndiyi 3 əsas nöqtədən danışıram.

Həmçinin:

• çevrəmizin pul və zənginliklə bağlı istəklərimizi necə kiçiltdiyindən;

• niyə böyük arzularımızı səsləndirməkdən, hətta bəzən özümüzə etiraf etməkdən utandığımızdan;

• “mənə bu da bəsdir” düşüncəsinin arxasında nələrin dayana bildiyindən;

• və mənim özümə daha çoxunu istəməyə icazə verməyə başladığım şəxsi yolumdan danışıram.

Bu bölüm daha çox pul qazanmaqdan əvvəl gələn bir mövzu haqqındadır: özünə daha böyük həyatı istəməyə icazə vermək.

Keywords

self improvement
asya rustamli
zəngin olmaq