Vusalberg Podcast

Vusalberg Podcast

by Vusalberg
Season 1

Nyu-Yorklu merin çıxışının təhlili, Zöhran Mamdani - Vusalberg Podcast #11

Vusalberg Podcast-ın 11-ci bölümü Nyu-Yorkun meri Zöhran Mamdani haqqındadır. Bu bölümdə sizinlə siyasətdən yox, Mamdaninin bir basketbol azarkeşi kimi Nyu-Yorklular qarşısında etdiyi çıxışdan danışıram. Söhbət onun Knicks-in çempionluq paradında etdiyi çıxışdan gedir. Çıxışın mətnində nələrin yer aldığını, hansı cümlələrin və açar sözlərin istifadə edildiyini və bütün bunların nə üçün bu mətni və çıxışı uğurlu etdiyini birlikdə təhlil edirik.

1346, Pandemiya, COVID, Gigiyena [COVID söhbətləri]

Tibbimiz inkişaf edib? Edib. Texnologiyamız var? Var. Amma COVID bizə nə streslər, nə ümidsizliklər yaşatdı və yaşadır. Bəs 14-cü əsrdə insanlar nə hisslər keçirib? Taun xəstəliyindən sonra həyatları necə dəyişib?

Texnologiya və Göyərçin [COVID söhbətləri]

Bir zamanlar insanların dostu, onların mesaj çatdıranı, sülh və ümid vəd edən canlısı niyə bugün çöllərdə işsiz qalıb? Hə..... Bilirəm, videonun mövzusunu oxuduğunuz an "nə əlaqə?" demisiniz. Amma məsələ burasındadır ki, bir azca da olsa bir əlaqəsi var. Arada oturub fikirləşmək lazımdır axı. Texnologiya təkcə biz insanlara təsir etmir. Texnologiya heyvanlar aləminin də işini əlindən ala bilir və ya onları lazımsız hala gətirir. Bu podcast mövzumuz isə göyərçinlərin tarixdən bəri insan həyatında olan yeridir. Nə tez unutmuşuq bu canlıları. Çox qısa müddət ərzində təmamilə onların bizim üçün etdiklərini unutduq getdi. İndi dünyanın hər yerində yaşayırlar. Vusalberg Talk-un 9-cu bölümünü göyərçinlərə həsr etdik.

Bitki [COVID söhbətləri]

Vusalberg Talk-un 8-ci bölümündə bitkilər barədə danışdıq. Heç indiyə qədər evdə olan bitkiyə baxıb, "bu hardan gəlib çıxıb" demisən? Tarixi ilə falan maraqlanmısan? Bunları etməmisənsə, narahat olma. Heç biz də araşdırmamışıq. Amma bu söhbətimizdə sözü gedən mövzunu daha da maraqlı etmişik. Bu bölümdə bitkilərin elmi tərəfini deyil, həyatımızın bir parçası olmasından söhbət etmişik. Bitki deyən də ümumi çıxır. Tam olaraq fokuslandığımız məsələ qapalı məkanlarda olan bitkilərdir. Ümumiyyətlə, bitkilər necə olub ki, evlərimizdə minuatür halına çevrilib? Bunun tarixi hara gedib çıxır? Bunlardan danışa-danışa kaktusun böyüməsini də qeyd etdim. Qapalı məkan bitkiləri deyərkən ancaq evləri də nəzərdə tutmurduq. Bura ofislər də daxildir. Ofislərdə də bitkilər olur amma bu adət-ənənə nəyə dayanır? Qısacası, bitkilər haqqında mövzunu daha da maraqlı hala gətirmişik.

Nə deyim? - Godzilla vs. Kong [COVID söhbətləri]

Hə, Vusalberg Talk-un 7-ci bölümündə Godzilla vs. Kong filmi barədə fikirlərimi bildirdim.

Yaşın Dizayna nə dəxli? [COVID söhbətləri]

Hə, Vusalberg Talk-un 6-cı bölümündə dizayner Bəhruzla söhbətləşdik. Dizayner sahəsində yaş faktoru, maraqlı təcrübələr və digər məsələlər barədə danışdıq.

SEGA - Necə başladı, necə bitdi? [COVID söhbətləri]

Hə, Vusalberg Talk-un 5-ci bölümündə Sega-nın qısa zamanda bazarda yüksəlməsindən danışdıq.

Mortal Kombat necə filmdir? - [COVID söhbətləri]

Hə, Vusalberg Talk-un 4-cü bölümündə Mortal Kombat filmindən danışdım.

Futbol - Klublar, Millilər, Çempionatlar - [COVID söhbətləri]

Hə, Vusalberg Talk-un 3-cü bölümündə futboldan danışdıq. Klubların, millilərin vəziyyəti necədir? Super liqa necə olacaq? kimi mövzuları müzakirə etdik.

The Father - [COVID söhbətləri]

Hə, Vusalberg Talk-un 2-ci bölümündə The Father filmindən danışdıq.
1 of 2