
Episode notes
Bəzən arzuladığımız həyatla aramızda pul, imkan və ya şans yox — illərdir içimizdə daşıdığımız köhnə proqramlar dayanır.
Bu bölümdə həyatımın fərqli mərhələlərində özümdə görüb dəyişdirməli olduğum daxili proqramlardan danışıram: seçimlərimə, münasibətlərimə, pula, uğura və özümə baxışıma təsir edən düşüncə və davranış modellərindən.
Hansı köhnə inanclar məni eyni döngülərdə saxlayırdı? Hansı reaksiyalarımı “xarakterimdir” deyə qəbul edirdim, amma əslində dəyişə bildim? Və ən əsası — xaricdə başqa həyat qurmaq üçün daxildə hansı versiyamla vidalaşmalı oldum?
Bu, “bir gün hər şey dəyişdi” hekayəsi deyil. Özümü müşahidə etdiyim, bəzi seçimlərimi sorğuladığım və illər ərzində yeni davranışlar qurduğum bir prosesdir.
🎧 Arzuladığın həyatı qurmağa çalışırsan, amma sanki hər dəfə görünməz bir şey səni köhnə yerinə qaytarırsa, bu bölüm sənə fərqli suallar verə bilər.
