HAQQ Talk
by İnara&Ayşə
İnara və Ayşə sizləri aktual sosial mövzulara bir də hüquq pəncərəsindən baxmağa dəvət edir.
İnara və Ayşə sizləri aktual sosial mövzulara bir də hüquq pəncərəsindən baxmağa dəvət edir.
İlk sezonun son buraxılışını sizin suallarınızı cavablandıraraq yekunlaşdırmaq istədik. Bizlərə mesaj və rəy bölmələrindən ünvanladığınız suallardan ən çox soruluşanları Ayşə və İnara sadə dillə sizlərə izah etməyə çalışdı. Demək olar ki, qanunvericiliyin bütün sahələrinə aid ən azı bir sualı cavblandırdığımız bu epizodun hər biriniz üçün faydalı olacağına əminlik veririk. Xoş dinləmələr!
COP29-a hazırlaşdığımız bu ərəfələrdə istədik ki, iqlim dəyişikliyinin həm hüquqi həm də sosial tərəflərinə birgə baxış keçirək. Vətəndaş məsuliyyətləri, dövlət strategiyaları və öhdəliklər üçün bir çox müqavilələr. Gəlin görək hər biri iqlim dəyişikliyi ilə mübarizədə nə qədər rol oynayır? Azərbaycanın rolu varmı? Hansı addımlar gələcəkdə iqlim dəyişikliyi ilə üzləşməmək üçün vacibdir? İnara və Ayşən bu dəfəki həmsöhbətləri siz olun:) Xoş dinləmələr! Abonə olmağı unutmayın!
Uzun müddətdir müşahidə edirik ki, feminizm haqqında misinformasiyalar sürətli şəkildə artmağa davam edir. Bəs, əslində feminizm nədir? Feminizim həqiqətən də səsləndirildiyi kimi kişilərə nifrət edir? Feministlər nə istəyir? Feminizm tarixinə qısa baxış keçirərək Azərbaycan və dünya təcrübəsində feminist fəaliyyətləri və tələbləri müzakirə etdik. Qonağımız Gülnarə Mehdiyeva Ayşə və İnaranın suallarını ətraflı cavablandıraraq sizlərə feminist baxış bucağını hər incə detalına qədər izah etməyə çalışdı. Bütün stereotiplərinizi qıracağınız faydalı bir epizod sizləri gözləyir. Xoş dinləmlər!
Dünyada baş verən bir çox hadisələrin kökündə axtarsaq, bir nöqtədə nifrət nitqi tapmağımız təəssüf ki, qaçınılmazdır. Bəs, həqiqətən də mi hər birimiz nifrət nitqinin nə olduğunu bilirik? Əgər cavabınız "xeyr"-dirsə, onda bu epizod sizin üçündür. İnara və Ayşə bu dəfə siyasi fiqurların çıxışlarını təhlil edərək bunun necə nifrət cianyətlərinə yol açdığını, hüquqi aspektdən nifrət nitqinin qiymətləndirilməsini və məhkəmə praktikasında mövzuya baxış bucaqlarını müqayisə etdilər. Özündə bir çox neqativ stiuasiyaları əks etdirməsinə baxmayaraq, bu epizodu dinləyən hər kəsin fərqindəliyi ilə nifərt nitqi nümunələrinin azalacağına ümidimiz böyükdür. Şərhlərinizi gözləyirik!
Sosial medyanın həyatımızda aktiv rol oynadığı bugünlərdə təhqir və böhtan hallarına demək olar ki, hər gün şahid oluruq. Bəs, bu qədər azad şəkildə təhqirlər səsləndirmək və vətəndaşları böhtanla üz-üzə qoymaq hüquqda necə qiymətləndirilir? Bu dəfə Ayşə və İnara sizlərə təhqir və böhtanın hüquqi qiymətləndirməsini sadə şəkildə izah etməyə çalışıblar. Azərbaycan və digər dünya ölkələri təcrübəsindən də maraqlı dəyərləndirmələrin yer aldığı bu epizodumuzu da bəyənəcəyinizi ümid edirik. Xoş dinləmələr!