The Valiyev Show

The Valiyev Show

by ismayil valiyev
Season 2
Keçmişimizi Niyə Dəyişdirməliyik?
Bu epizodda, Öz-özünə terapiya. Keçmişin travmalarından faydalanmaq. Mənfi hadisələrdən müsbət nəticələr əldə etmək. Keçmişin əsarətindən azad olmaq.
Qərarın Nəticəsi ≠ Qərarın Keyfiyyət
Description: Yaxşı nəticə həmişə düzgün qərar verdiyimiz demək deyil. Pis nəticə də həmişə səhv qərar verdiyimiz anlamına gəlmir. Bu epizodda qərarlarımızı yalnız nəticəyə görə qiymətləndirməyin niyə təhlükəli olduğunu danışıram. Qərar verərkən əlimizdə olan məlumatı, ehtimalları, riskləri və düşünmə prosesimizi necə qiymətləndirməliyik? Nəticədən asılı olmayaraq qərarvermə prosesimizi necə daha sistemli və daha düzgün edə bilərik? Çünki məqsəd hər dəfə düzgün nəticə əldə etmək deyil. Məqsəd düzgün qərar vermə ehtimalımızı artıran daha yaxşı bir düşünmə sistemi qurmaqdır.
Beyin Niyə Disiplindən Qaçır — Və Həlli
Bu epizodda sizinlə çox sadə, amma son dərəcə effektiv bir metod paylaşıram. Beynimiz həmişə yeni şeylər axtarır — bu onun təbiətidir. Amma bu təbiət bizim disiplinimizin, davamlılığımızın və məhsuldarlığımızın ən böyük düşmənidir. Bu metod məhz bunun qarşısını almağa kömək edir. Çətin işlərə başlamağı, başladığını bitirməyi və hər gün özündən daha yaxşı olmağı öyrədir. Asan deyil. Amma işləyir. məhsuldarlıq, disiplin, davamlılıq, vərdiş, özünüinkişaf, beyin, fokus, zehni güc, motivasiya, hədəf, uğur, kouçinq, Azərbaycan podkastı, azərbaycanca podkast, The Valiyev Show, İsmayıl Valiyev.
Səni Yoran İşlər Deyil, Gözləntilərindir.
Bu epizodda niyə bəzən özümüzə lazımsız stress yaratdığımızdan danışdım. Daim məhsuldar olmağa çalışmağın görünməyən mənfi tərəflərini, stresin əsas səbəblərini və bununla necə daha sağlam şəkildə baş edə biləcəyimizi araşdırdıq. Həmçinin vaxtımızın, enerjimizin və əlimizin altındakı resursların fərqində olub, buna baxaraq qərar verməyin niyə bu qədər vacib olduğundan danışdıq.
Növbəti Ən Kiçik Addım — Prokrastinasiyaya Qarşı Ən Güclü Silah
Sən heç bir işi başlamaq istəyib, amma haradan başlayacağını bilməyib donub qalmısan? Bəlkə problem motivasiya yox, addımın özüdür. Bu epizodda "Növbəti Ən Kiçik Addım" metodundan danışırıq — beyni aldatmağın ən sadə, ən effektiv yolu. Böyük hədəf yox, bir kiçik hərəkət. Sadəcə bir. Qulaq as və bu gün özün üçün sına.
Kimliyini dəyiş. Həyatın dəyişəcək.
Kimliyin Gücü Bu epizodda davranış, vərdişlər və həyatı dəyişmək üçün kimliyin nə qədər önəmli olduğunu və bununla bağlı nə etməli olduğumuzu danışırıq. . . . . . #şəxsiinkişaf #liderlik #psixologiya #özünüinkişaf #intizam #mindset #discipline #leadership #selfdevelopment #azeripodcast
Başlayan Yox, Bitirən Ol
Bu epizodda çətinliyin niyə normal olduğunu danışdım. Biz niyə çətinliyi problem kimi görürük və bu düşüncə bizi necə saxlayır. Əslində çətinliyi normal qəbul edəndə oyun dəyişir.
Fasilə Səni Ya Qurtarır, Ya Da Bitirir
Gün ərzində işləyirik. Amma problem iş deyil — fasilələrdir. Bu epizodda müzakirəmiz: Niyə bəzi fasilələr səni bərpa etmir, əksinə daha da yorur Fasilə zamanı nə etdiyinin nəticəni necə dəyişdiyini Necə “real” istirahət edib enerjini geri qazana bilərsən Bu, sadəcə fasilə deyil. Bu, performansını ya yüksəldən, ya da dağıdan qərardır.
Boş Yorğunluq Problemi
Gün boyu çox işləyirsən… amma günün sonunda qəribə bir boşluq hiss edirsən. Yorğunsan, amma bu yorğunluq səni qane etmir. Sanki işlədin… amma nəyəsə çatmadın. Bu epizodda bu hissin əsl səbəbini açıram. Niyə çox işləmək səni doldurmur? Niyə busy olmaq ≠ fulfilled olmaqdır? Səninlə paylaşacam: konkret yanaşmalar, praktik metodlar, və gündəlik istifadə edə biləcəyin real alətlər. Əgər günün sonunda boş hiss edirsənsə, bu epizod sənin üçündür.
Beynini Təmizlə: Mənfi Səslərdən Qurtul
Bu epizodda daxildə olan bütün mənfi fikirləri və hissləri kağıza tökməyin gücündən danışıram. Niyə yazmaq beynini yüngülləşdirir, problemləri necə aydınlaşdırır və həll yollarını daha tez tapmağa kömək edir Əgər beynin doludursa və çıxış yolu axtarırsansa, bu epizod sənlikdir.
1 of 11