Söz sözü açır

Söz sözü açır

by Sevinj Hasanova
Season 1
Dost çevrəniz sizi irəli aparır, yoxsa geri çəkir?
Dost çevrəniz sizi irəli aparır, yoxsa geri çəkir? Bu epizodda sağlam və toksik dostları necə ayırd etməli, neqativ insanlardan necə uzaqlaşmalı və özümüz üçün daha yaxşı dost çevrəsi yaratmağı müzakirə edirik, dostlar. Mən Sevinc, Polşada yeni həyat qurarkən eyni zamanda sizinlə söhbətləşmək istədiyim üçün bu tərzdə podcastlar paylaşıram. Dinlədikdən sonra paylaşmağı və rəy bildirməyi unutmayın) İnstagramda məni tapa bilərsiniz- @sevnjdiaries Youtubeda məni tapa bilərsiniz- @sevinjhasanova3
Flaneur kimdir, səyahət yoxsa səfehlik edir?
Flaneur kimdir? Paris küçələrinin ruhunu hiss etmək üçün bir səyahətə çıxırıq. Flaneur anlayışının tarixini, şəhər mədəniyyətindəki yerini və günümüzdə necə mənalar daşıdığını araşdırırıq. Sanki Paris küçələrində addımlayır, hər küncündə yeni bir hekayə tapırıq. Şəhəri hiss etməyə, görməyə və anlamağa hazırsan? O zaman qulaqlıqlarını tax və bu unikal təcrübəyə qoşul! İnstagramda məni izləmək üçün- @sevnjdiaries Youtubeda isə- @sevinjhasanova3
Başlanğıclar hər zaman qorxuludurmu?
Bu epizodda həyatımızdakı yeni başlanğıcların niyə bu qədər qorxulu göründüyünü araşdırırıq. Qorxu, qeyri-müəyyənlik, komfort zonasından çıxmaq çətinliyi və ictimai təzyiqlərlə necə mübarizə aparacağınızı öyrənəcəksiniz. J.K. Rowling, Steve Jobs kimi ilhamverici hekayələrdən nümunələr gətirərək, yeni başlanğıcların necə uğura çevrilə biləcəyini göstəririk. Əgər siz də yeni bir işə başlamaqdan çəkinirsinizsə və ya addım atmağa cəsarət axtarırsınızsa, bu epizod tam sizlikdir! Qorxularınızı fürsətə çevirmək üçün bu gün bizə qulaq asın. 💡 İnstagram - @sevnjdiaries Youtube- @sevinjhasanova3