#04: Zəngin olmaq üçün təlimlərə ...

#04: Zəngin olmaq üçün təlimlərə qatılıram, amma olmur

Asya Podcast di Asya Rustamli
S1 · E4
23 set 2026
20:26

Note sull'episodio

“Zəngin olmaq üçün təlimlərə qatılıram, amma yenə də zəngin olmuram.”

Bəs problem həqiqətən təlimlərdədir?

Bu bölümdə pul mövzusunda özünüinkişafa yanaşarkən etdiyimiz əsas səhvlərdən danışıram. Bir təlimə qatılıb qarşılığında dərhal daha çox pul gözləmək niyə uşaq mövqeyindən gələn yanaşma ola bilər? Özünə yatırım nə zaman həqiqətən yatırım sayılır? Və niyə daxili inkişafı “pul verdim → nəticə almalıyam” məntiqinə çevirmək bizi daha da məyus edə bilər?

Özünə yatırım bir dəfə etdiyin alış deyil. Bu, illərlə davam edən öyrənmə, tətbiq etmə, məsuliyyət götürmə və qərarlarını dəyişmə prosesidir.

Bu epizodda “məni kimsə zəngin etsin” gözləntisindən çıxıb, öz maddi həyatının məsuliyyətini götürməkdən və özünə edilən yatırımın uzunmüddətli perspektivindən danışıram.

🎧 Əgər çox şey öyrəndiyini, amma maddi həyatında hələ istədiyin dəyişikliyi görmədiyini düşünürsənsə, bu bölüm sənin üçündür.

Parole chiave

self improvement
asya rustamli