The Valiyev Show

The Valiyev Show

di ismayil valiyev
Stagione 2
Keçmişimizi Niyə Dəyişdirməliyik?
Bu epizodda, Öz-özünə terapiya. Keçmişin travmalarından faydalanmaq. Mənfi hadisələrdən müsbət nəticələr əldə etmək. Keçmişin əsarətindən azad olmaq.
Beyin Niyə Disiplindən Qaçır — Və Həlli
Bu epizodda sizinlə çox sadə, amma son dərəcə effektiv bir metod paylaşıram. Beynimiz həmişə yeni şeylər axtarır — bu onun təbiətidir. Amma bu təbiət bizim disiplinimizin, davamlılığımızın və məhsuldarlığımızın ən böyük düşmənidir. Bu metod məhz bunun qarşısını almağa kömək edir. Çətin işlərə başlamağı, başladığını bitirməyi və hər gün özündən daha yaxşı olmağı öyrədir. Asan deyil. Amma işləyir. məhsuldarlıq, disiplin, davamlılıq, vərdiş, özünüinkişaf, beyin, fokus, zehni güc, motivasiya, hədəf, uğur, kouçinq, Azərbaycan podkastı, azərbaycanca podkast, The Valiyev Show, İsmayıl Valiyev.
Səni Yoran İşlər Deyil, Gözləntilərindir.
Bu epizodda niyə bəzən özümüzə lazımsız stress yaratdığımızdan danışdım. Daim məhsuldar olmağa çalışmağın görünməyən mənfi tərəflərini, stresin əsas səbəblərini və bununla necə daha sağlam şəkildə baş edə biləcəyimizi araşdırdıq. Həmçinin vaxtımızın, enerjimizin və əlimizin altındakı resursların fərqində olub, buna baxaraq qərar verməyin niyə bu qədər vacib olduğundan danışdıq.
Növbəti Ən Kiçik Addım — Prokrastinasiyaya Qarşı Ən Güclü Silah
Sən heç bir işi başlamaq istəyib, amma haradan başlayacağını bilməyib donub qalmısan? Bəlkə problem motivasiya yox, addımın özüdür. Bu epizodda "Növbəti Ən Kiçik Addım" metodundan danışırıq — beyni aldatmağın ən sadə, ən effektiv yolu. Böyük hədəf yox, bir kiçik hərəkət. Sadəcə bir. Qulaq as və bu gün özün üçün sına.
Kimliyini dəyiş. Həyatın dəyişəcək.
Kimliyin Gücü Bu epizodda davranış, vərdişlər və həyatı dəyişmək üçün kimliyin nə qədər önəmli olduğunu və bununla bağlı nə etməli olduğumuzu danışırıq. . . . . . #şəxsiinkişaf #liderlik #psixologiya #özünüinkişaf #intizam #mindset #discipline #leadership #selfdevelopment #azeripodcast
Başlayan Yox, Bitirən Ol
Bu epizodda çətinliyin niyə normal olduğunu danışdım. Biz niyə çətinliyi problem kimi görürük və bu düşüncə bizi necə saxlayır. Əslində çətinliyi normal qəbul edəndə oyun dəyişir.
Fasilə Səni Ya Qurtarır, Ya Da Bitirir
Gün ərzində işləyirik. Amma problem iş deyil — fasilələrdir. Bu epizodda müzakirəmiz: Niyə bəzi fasilələr səni bərpa etmir, əksinə daha da yorur Fasilə zamanı nə etdiyinin nəticəni necə dəyişdiyini Necə “real” istirahət edib enerjini geri qazana bilərsən Bu, sadəcə fasilə deyil. Bu, performansını ya yüksəldən, ya da dağıdan qərardır.
Boş Yorğunluq Problemi
Gün boyu çox işləyirsən… amma günün sonunda qəribə bir boşluq hiss edirsən. Yorğunsan, amma bu yorğunluq səni qane etmir. Sanki işlədin… amma nəyəsə çatmadın. Bu epizodda bu hissin əsl səbəbini açıram. Niyə çox işləmək səni doldurmur? Niyə busy olmaq ≠ fulfilled olmaqdır? Səninlə paylaşacam: konkret yanaşmalar, praktik metodlar, və gündəlik istifadə edə biləcəyin real alətlər. Əgər günün sonunda boş hiss edirsənsə, bu epizod sənin üçündür.
Beynini Təmizlə: Mənfi Səslərdən Qurtul
Bu epizodda daxildə olan bütün mənfi fikirləri və hissləri kağıza tökməyin gücündən danışıram. Niyə yazmaq beynini yüngülləşdirir, problemləri necə aydınlaşdırır və həll yollarını daha tez tapmağa kömək edir Əgər beynin doludursa və çıxış yolu axtarırsansa, bu epizod sənlikdir.
Gözləyə Bilən Qazanır
Bu epizodda gözləməyin gücü haqqında danışırıq. Stanford Universitetində aparılmış məşhur marshmallow eksperimenti göstərir ki, gözləyə bilən insanlar uzun müddətdə daha uğurlu olur. Amma əsas sual budur: niyə gözləmək bu qədər çətindir və necə olur ki, bəziləri bunu bacarır, bəziləri isə yox? Bu epizodda səbrin, özünü idarə etmənin və uzunmüddətli düşünməyin həyatımıza necə təsir etdiyini qısa və praktik şəkildə izah edirəm.
1 di 11