
Notas del episodio
Bəzən irəli getmək üçün həyatımıza daha çox şey əlavə etməyə yox, bəzi şeyləri oradan çıxarmağa ehtiyacımız var.
Bu bölümdə yeni bir mərhələyə keçərkən buraxmalı olduğumuz şeylərdən danışıram: artıq bizə uyğun olmayan münasibətlər, köhnə kimliklər, vərdişlər, özümüz haqqında illərdir daşıdığımız hekayələr, qorxular və “bəlkə bir gün dəyişər” deyə yapışdığımız insanlar və vəziyyətlər.
Çünki hər şeyi özünlə götürərək yeni həyata keçmək olmur.
Bəzən böyümək — əldə etməkdən əvvəl buraxmaqdır. Köhnəyə aid olanı geridə qoymaq və yaranan boşluğu dərhal doldurmağa çalışmadan yeni versiyana yer açmaqdır.
🎧 Əgər həyatında yeni bir dövrün başladığını hiss edirsənsə, amma nəyinsə səni hələ də geriyə çəkdiyini düşünürsənsə, bu bölüm sənin üçündür.
Palabras clave
self improvement
asya rustamli
